21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Google Chrome”, “Mozilla Firefox”, “Opera” və “Apple Safari” kimi brauzerləri geridə qoyub
“World Wide Web Consortium” (W3C - Qlobal Şəbəkə üçün texnoloji standartların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan təşkilat) “HTML5” xüsusi hipermətn dilinin bəzi standartlarına uyğunluğa dair brauzerlərin ilk dəfə olaraq rəsmi testini keçirib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, testin qalibi “Microsoft” korporasiyasının “Internet Explorer 9” brauzerinin sonuncu versiyası olub.
“Internet Explorer 9”-un sonuncu test versiyası –“Platform Preview 6” brauzerlərin qiymətləndirilməsi üzrə yeddi kateqoriyadan beşində 100 faiz bal toplaya bilib. Bu zaman “Internet Explorer 9” testin nəticələrinə görə “Google Chrome”, “Mozilla Firefox”, “Opera” və “Apple Safari” kimi brauzerləri geridə qoya bilib. 
Testin həyata keçirilməsi üçün World Wide Web Consortium” mütəxəssisləri tərəfindən brauzerlərin 200-dən çox parametr üzrə yoxlanılmasını nəzərdə tutan xüsusi alət yaradılıb. “HTML5” 2008-ci ildən işlənib hazırlanır. Yeni hipermətn dili Şəbəkədəki işi xeyli asanlaşdıracaq. “HTML5”-i dəstəkləyən brauzerlər xüsusi parametrlər təyin olunmadan audio və video faylları müstəqil şəkildə təsvir edə biləcəklər. Bununla yanaşı, “HTML5” dilinin yekun spesifikasiyası hələ təsdiqlənməyib.