21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Terminologiya Komissiyası ilə birgə “Azərbaycan terminləri” veb-portalını yaradılması istiqamətində işlər görür.
İTİ- nin direktoru, AMEA–nın müxbir üzvü Rasim Əliquliyevin verdiyi məlumata əsaən portal Azərbaycan dilinin daha geniş işlənməsi, müxtəlif elm sahələrinə aid terminlərin vahid virtual məkanda sistemli şəkildə toplanması məqsədi ilə hazırlanır.
”AZTERM” adlanacaq portala dilimizdə işlənən ümumi terminlərlə yanaşı, yeni yaranan və ayrı-ayrı sahələrə aid sözlər də daxil ediləcək. Hazırda ölkəmizdə 600-ə yaxın terminoloji lüğət vardır. Mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən terminologiya üzrə beynəlxalq İnfroterm mərkəzinin və beynəlxalq standartlaşdırma təşkilatının tələblərinə uyğunlaşdırılması, eləcə də Azərbaycan terminoloji reyestrinin və bu sahədə informasiya bankının yaradılması üzərində iş gedir. İlkin olaraq terminlərin statistikası hazırlanır, on-layn terminoloji nəzarət sistemi işlənilir və bu istiqamətdə elmi araşdırmalar davam edir.
Qeyd edək ki,Virtual mərkəzin yaradılması xaricdə yaşayan soydaşlarımıza da dilimizin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcək.