21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mais Mənsimovun iddiası əsasında Nəsimi rayon məhkəməsinin qərarını qətiyyətlə pisləyirik
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı “Xəzər Lənkəran” futbol klubunun sahibi Mais Mənsimovun iddiası əsasında Fanat.az saytının köşə yazarı Natiq Muxtarlı və layihə rəhbəri Zahir Əzəmətin islah işlərinə cəlb edilməsi haqqında Nəsimi rayon məhkəməsinin 7 oktyabr tarixli qərarını qətiyyətlə pisləyib.
“Hətta jurnalistlər böhtana yol veriblərsə belə, cəzaya müxalif mətbuat məhkum edilib. Biz güman edirik ki, cəzalandırılma səbəblərindən biri yazarlardan birinin eyni vaxtda müxalifyönlü Qaynar.info saytının rəhbəri olmasıdır”, deyə təşkilatın press-relizində qeyd edilib.
“Sərhədsiz Reportyorlar” Apellyasiya Məhkəməsini jurnalistlərin şikayəti üzrə qərəzsiz qərar qəbul etməyə çağırıb. Press-relizdə həmçinin yerli hakimiyyətə qanunvericiliyi dəyişmək, şərəf və ləyaqətin zədələnməsinə görə nəzərdə tutulan cinayət məsuliyyətini ləğv etmək çağırışı edilib. // Turan