21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti (FAX) mobil rabitə operator “Meqafon” ASC-nin Rusiya milli rabitə operatoru “Sinterra” şirkətinin 100% səhmlərinin alınmasına dair ərizəsini qəbul edib.
Xatırladaq ki, cari ilin may ayında “Sinterra” Azərbaycanda “Azərtelekom”-la birgə müəssisə təsis etmişdir.Birgə Müəssisənin 50%-i “Sinterra”-ya qalan 50%-i isə “Azərtelekom”-un payına düşür. Belə vəziyyətdə “Sinterra” ilə razılaşma əldə olunduqda “Meqafon” ASC həmin BM-in tərəfdaşı olacaq.
Məlumat üçün bildirək ki, bu mobil operatorun adı ölkəmizdə bir neçə dəfə qalmaqallı olaylarda hallanıb.Belə ki,cari ilin fevral ayında Azərbaycanın “Azerfon” mobil rabitə şirkəti (“Nar Mobile” ticarət nişanı) “Meqafon” MMC-ni məhkəməyə vermişdi.Buna səbəb isə “Meqafon” MMC istifadə etdiyi ödəmə kartları və “Prepaid” nömrələrinin müqabilində “Azerfon”a ödənilməsi nəzərdə tutulan 29 min 446 manatlıq borcun ödənməməsi idi.
2007-ci ildə isə Rusiyanın “Meqafon” mobil operatoru Dağlıq Qarabağ ermənilərinin “Karabakh Telekom” şirkəti ilə əməkdaşlıq edərək, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq rouminq xidməti göstərirdi. Bu hadisə Azərbaycanda rəsmi qurumlar tərəfindən mobil operatorun separatizmə dəstəyi kimi qiymətləndirilmişdi.