21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda 3G texnologiyası ilə bağlı söz-söhbətin ardı-arası kəsilməmiş, “TeliaSonera” şirkəti dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biləcəklər.
“Biz abonentlərinə 4G xidmətləri göstərən ilk operator olduğumuza görə fəxr edirik. Geniş zolaqlı mobil qoşulmadan istifadə bu ölkələrdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yüksək sürət və ötürmə imkanına ehtiyac duyurlar. Elə məhz buna görə, biz 4G xidmətlərini həm Stokholm həm də Osloda təqdim edirik”, deyə, “TeliaSonera”nın mobil xidmətlər bölməsinin rəhbəri Kennet Karlberq bildirib.
Kennet Karlberq əlavə edib ki, 4G-ni ilk olaraq təqdim etməklə şirkət digər bazarlarda da bu texnologiyanı tətbiq etməyə unikal təcrübə qazandırır.
Qeyd edək ki, 4G ən sürətli mobil rabitə texnologiyası olmaqla hazırda sürətli hesab olunan 3G texnologiyasından on dəfəyə qədər daha sürətlidir. Bu yeni texnologiyanın əlavə imkanları abonentlərin yüksək sürətli və iri həcmli məlumat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmasını asanlaşdıracaq. “TeliaSonera”nın iki şəhər üzrə 4G şəbəkəsi Stokholm və Oslonun mərkəzi hissələrini əhatə edir və mobil məlumat ötürmə üçün istifadə olunur.