21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.
Dizayn, quruluş və məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt Nazirliyin fəaliyyətinin ayrı - ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təhsil sahəsinə dair normativ - hüquqi bazanın vahid mənbədə cəmləşdirilməsini təmin edir.
Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar və onların nəticələri əksini tapıb.
Struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənən saytdaorta ixtisas və ali məktəblərin siyahısı, onların əlaqə telefonları, internet və e-mail ünvanları verilib. Saytda 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müvafiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlumatlar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəssisələri və ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınan təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəblərindəki vakansiyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), məktəbəqədər təhsil və digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib. Mükəmməl axtarış sistemi və zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər.
Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar, fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları, əsasnamələr, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası və təhsil sahəsinə aid digər çoxsaylı normativ - hüquqi sənədlər də geniş ictimaiyyətin marağına səbəb olacaqdır. Saytda rəhbərliyin qəbul günləri yer alıb, nazirliyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrıca bölmədə verilib, Qaynar xətt xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri bölmələri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifadəçilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin və yeniliklərin çatdırılmasını təmin edir.
Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə həyatına və təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir.
Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahəsində aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır, təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron dərsliklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəllimlər informasiya-kommunikasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olunur və digər müvafiq tədbirlər uğurla həyata keçirilir.