21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azercell” fakturalı xətt abonentlərinə 100 faiz qazanc gətirəcək kampaniyaya başlayıb. “100-də 100 qazanc” kampaniyasına qoşulan abonentləri xeyli pulsuz xidmətlər – 100 dəqiqə danışıq, 100 SMS, 100 MMS, 100 Mb GPRS və pulsuz SOCLİR xidməti gözəyir.
Şirkətin mətbuat xidmətindən xeberler.az-a verilən məlumata görə, iyulun 1-dən başlanan bu xüsusi kampaniyada bu tarixə qədər hər hansı səbəbdən xətti iki tərəfli bağlı olan, yaxud kampaniya dövründə fakturasız xətdən fakturalı xəttə keçən, həmçinin yeni fakturalı xətt abonentlərinin iştirak etmək imkanı var. Bunun üçün kampaniya dövründə - bu il dekabrın 24-nə qədər – fakturalı xətt abonentləri öz xətlərini aktivləşdirməlidirlər. “100-də 100 qazanc” kampaniyası xəttini aktivləşdirən ilk 15.000 (on beş min) nömrə üçün növbəti 5 faktura dövrünü əhatə edəcək.
Kampaniya iştirakçıları 1-ci faktura dövründə 100 dəqiqə ərzində şəbəkədaxili pulsuz danışıq vaxtı qazanırlar. 2-ci faktura dövründə abonentə 100 pulsuz SMS hədiyyə olunur. Növbəti dövrdə isə 100-də 100 qazanc gətirən kampaniya öz abonenlərinə pulsuz 100 Mb GPRS bəxş edir. 4-cü və sonuncu faktura dövrlərində isə müvafiq olaraq 100 şəbəkədaxili pulsuz MMS və pulsuz SOCLİR xidmətindən istifadə hüququ verilir.
Bu xidmətlər rouminq və qısa nömrələrə zənglər üçün istisna olunur. Həmçinin, hər xidmətlər yalnız müvafiq faktura dövrünü əhatə edir və istifadə olunmayan hədiyyələr növbəti mərhələyə keçirilmir. Abonentlərə verilən hər bir növbəti pulsuz xidmətlə bağlı onlara məlumatlandırıcı SMS göndərilir.
Əgər abonentin xətti aktivləşdirmə, fakturasız xətdən fakturalı xəttə miqrasiya etmə və ya yeni fakturalı xətt abonentinə keçmə tarixindən növbəti faktura dövrünə 5 gündən az vaxt qalarsa, abonent ilk pulsuz xidməti növbəti faktura dövründə əldə edir. Əgər həmin müddət 5 gün və ya daha çox olarsa, onda ilk pulsuz xidmət elə cari faktura dövründə abonentə təqdim olunur.
Bu kampaniyasına qoşulan fakturalı xətt abonentləri sonradan hər hansı fakturasız xətt paketinə keçərsə və ya hər hansı səbəbdən xətləri iki tərəfli bağlanarsa, onlar üçün bu kampaniya çərçivəsində təyin olunan xidmətlərin qalığı ləğv edilir. Hər bir abonent bu kampaniyadan yalnız bir dəfə istifadə edə bilər.