21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
HP-nin çap və təsvir işləri şöbəsindən Xeberler.az-a verilən məlumata görə, HP və LaserBand xəstəxanalarda xəstələrin identifikasiyası probleminin həlli üçün əməkdaşlıq edirlər.
Britaniyalıların tibb vərəqələri artıq qola taxılan balaca bilərzikdə yerləşir.
HP və LaserBand şirkətləri ilə birgə işlənib hazırlanmış xəstələrin identifikasiyası sistemi Böyük Britaniyada tətbiq edilməyə başlanır.
Bu sistem xəstəxanalara pasiyentlərə verilən bilərziklərin üzərində operativ şəkildə ştrix və ya rəngli kodların çap edilməsi imkanı verir.
HP LaserJet lazer texnologiyasından və xəstəxananın personalının birbaşa qüvvəsindən istifadə etməklə daxil olan pasiyentin xəstəlik vərəqəsində verilən məlumatları LaserBand tərəfindən hazırlanmış bilərziklərə daxil edərək çap etmək olar. Bununla da, gözləmə vaxtı azalır və xəstəxananın işinin səmərəliliyi artır. Bilərzikdə olan ştrix-kod, həmçinin xəstəyə qulluq edilməsi xidmətini yaxşılaşdırmağa imkan verəcək. Belə ki, onu bütün prosedurlardan keçən zaman, məsələn dərman preparatlarının təyin edilməsi, müayinənin nəticələrinin alınması, eləcə də cərrahi əməliyyatdan sonra qulluq edilməsi zamanı skanerləşdirmək mümkündür. Pasiyent haqqında məlumatlar həmişə təzələnir və onları hər zaman əldə etmək olar.
Bu yeniliyin tətbiqi Böyük Britaniyada uğurla həyata keçirilib. Texnologiyadan Avropa, Yaxın Şərq və Afrika ölkələrində də istifadə etmək mümkündür.