21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda telefon danışıqları üçün qiymətlər dəyişdirilə bilər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi danışıq qiymətlərinin dəyişdirilməsiylə bağlı Tarif Şurasına müraciət edib. Nazir müavini İltimas Məmmədov bildirib ki, təkliflərdə bəzi qiymətlərin artırılması, bəzilərinin isə endirilməsi yer alıb. İltimas Məmmədov deyib ki, qiymətlərin dəyişdirilməsi təklifi həm dövlət təşkilatları, həm də mobil operatorlardan gəlib. Bundan sonra nazirlik şəhərlərarası və beynəlxalq danışıq qiymətlərinin aşağı salınması təklifiylə Tarif Şurasına müraciət edib. Təkliflərdə ölkə daxilindəki şəhərlər arasında danışıq haqqının 1 dəqiqə üçün mövcud 7 qəpikdən aşağı salınması yer alıb. Əvəzində ev telefonlarının aylıq abunə haqlarının artırılması nəzərdə tutulur. Bu təkliflər qəbul olunsa, ev telefonlarına görə aylıq abunə haqları 2 manatdan 4 manata qaldırıla bilər.
İltimas Məmmədovun sözlərinə görə, təkliflərdə evlərə telefon çəkiliş qiymətlərinin azaldılması da yer alıb. “Danışıq tarifləri mütamədi olaraq endirilir. Deyim ki, son illər tariflərin azadılmasını görürük. Hansısa sahədə qiymət qalxırsa, digər istiqamətlərdə endirilir ki, istifadəçilər daha uyğun şərait alsın. Bu həm ona görədir ki, həm dövlət, həm də özəl operatorlar istifadəçilər var. Ümumi rəqabətdə qiymətlər aşağı düşür”,- deyə İltimas Məmmədov bildirib. Xarici ölkələrə danışıqlarda tətbiq edilən rouminq tariflərinin azaldılması istiqamətində də işlərə başlanılıb. Rabitə və informasiya texnologiyalari naziri Əli Abbasov hesab edir ki, qiymətlərin endirilməsini Avropa Birliyi də təklif edir: “Bütün region ölkələrinin müvafiq strukturlarının administrasiya rəhbərləri və nazirləri son Bakı görüşündə öhdəlik götürüb. Razılaşmaya əsasən, hər bir qurum öz ölkəsində beynəlxalq və müvafiq mobil operatorlar ilə qanun çərçivəsində rouminq xidmətləri üzrə qiymətlərin aşağı salınması üçün sərt danışıqlar aparacaq”. Nazir hesab edir ki, mobil teloefonlarla xariclə əlaqə saxlayanlar ucuzlaşmanı gələn ilin ortalarında hiss edəcək.
Qeyd edək ki, indi Avropa ölkələrində 1 dəqiqə rouminq tarifi 43 sentdən yüksək deyil. Mobil telefon danışıq haqlarına gəlincə, Rabitə Nazirliyində deyiblər ki, operatorlar güzəşt kampaniyaları keçirməklə tarifləri mütəmadi endirirlər.