21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 23-də Bakıda işə başlayacaq «BakuTel-2010» sərgisində Azərbaycanda Regional İnnovasiya Zonasının (RİZ) yaradılması ilə bağlı layihənin təqdimatı keçiriləcək.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, artıq zonanın yaradılması ilə bağlı müvafiq sənədlər hazırlanaraq ölkə hökumətinə təqdim edilib: «Gözləyirik ki, onlar təsdiqləndikdən sonra proses başlaya bilər».
Qeyd edək ki, informasiya-telekommunikasiya texnologiyaları sahəsinin inkişafı və analoji zonaların yaradılması ilə bağlı regionun digər ölkələrində də işlər aparılır. Amma nazir müavini bu işlərlə müqayisədə Azərbaycanın vaxt itirmədiyini deyib: «Artıq sənədlər hazırdır və baxılmaq üzrədir, bu da onu göstərir ki, Azərbaycan belə bir layihənin həyata keçirilməsində maraqlıdır».
Nazir müavininin sözlərinə görə, Azərbaycanda RİZ-in yaradılması ilə bağlı bir neçə mexanizmə baxılır: «Belə zonanın bütün ölkə ərazisində fəaliyyət göstərməsi də mümkündür». Qeyd edək ki, «BakuTel-2010» beynəlxalq İKT sərgi-konfransı noyabrın 23-26-da keçiriləcək