İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Microsoft və RIM sıx əməkdaşlığa başlayır

05.05.2011 [01:02]

Fontu böyüt:      

Microsoft korporasiyasının rəhbəri Stiv Balmer bu günlərdə Kanadanın Research In Motion (RIM) şirkəti tərəfindən Floridada keçirilən BlackBerry World konfransında çıxış edərkən RIM-lə sıx əməkdaşlığın başlanması barədə elan edib.

Microsoft korporasiyasının rəhbəri Stiv Balmer bu günlərdə Kanadanın Research In Motion (RIM) şirkəti tərəfindən Floridada keçirilən BlackBerry World konfransında çıxış edərkən RIM-lə sıx əməkdaşlığın başlanması barədə elan edib.

Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, tərəfdaşlığın ilk mərhələsində Microsoft Bing axtarış-informasiya onlayn servislərinin (Bing axtarış sistemi və Bing Maps kartoqrafik servisi) BlackBerry mobil qurğularında istifadə olunan proqram platforması ilə inteqrasiyası nəzərdə tutulur.

Gələcəkdə sözügedən əməkdaşlığın digər sahələrə də şamil olunacağı planlaşdırılır. Xüsusən də, BlackBerry smartfonlarının istifadəçiləri cari ilin aprel ayının ortasında kütləvi test mərhələsinə təqdim olunmuş Microsoft Office 365 “bulud” servisindən yararlana biləcəklər. S. Balmer qeyd edib ki, RIM-lə əməkdaşlıq Microsoft Windows Phone 7 mobil platformasının inkişafına mane olmayacaq.

Xatırladaq ki, 2011-ci ilin fevral ayında Microsoft Finlandiyanın Nokia şirkəti ilə də tərəfdaşlıq haqqında elan etmişdir. Bu əməkdaşlıq çərçivəsində Nokia Windows Phone 7 əməliyyat sistemi bazasında smartfonlar istehsal edəcək.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar