21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Tələbələr Birliyi (ATB) sabahdan etibarən tələbə problemlərinin Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılmasının monitorinqini aparacaq.
ATB-dən verilən məlumata görə, monitorinqdə tələbə problemlərinə KİV-lərdə nə dərəcədə yer ayrılması, hansı mətbuat orqanının bu sahədə fərqlənməsi, elektron KİV-lərin tələbə problemlərinin işıqlandırılmasında çevikliyi, obyektivliyi və s. kimi məsələlər yer alacaqdır.
Monitorinq prosesinə tələbələrin KİV-lərə münasibəti, tələbələrin KİV-lərin işində nə kimi rol oynaması, araşdırıcı tələbələrə KİV-lərdə yer ayrılıb-ayrılmaması və s. bu kimi məsələlər də daxildir.
Xatırladaq ki, monitorinqdən sonra ATB konkret fəaliyyət planı hazırlayacaq və bu prosesdə fərqlənən KİV-ləri mükafatlandıracaq.
Birliyin sədri Elvin Aslanovun verdiyi məlumata əsasən monitorinq prosesi 2 ay davam edəcək və sentyabr ayının sonunda nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.