21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Niderlandda Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısı keçirilib.
Azərbaycan Mətbuat Şurasının mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 4 və 5-i Amsterdamda keçirilən toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşovun hesabatı dinlənilib, şuraların fəaliyyətindəki oxşar və fərqli cəhətlər nəzərdən keçirilib.
MŞ sədri Ə. Amaşov rəhbərlik etdiyi qurumun yaranmasından, gördüyü işlərdən danışıb, xüsusən şikayətlərə baxılması sahəsindəki təcrübəsi, mövcud sahədəki statistik göstəricilər barədə ətraflı məlumat verib. Şura sədrinin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə bağlı təqdimatı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Öncədən onlara paylanan sənəd ətrafında geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səslənib.
Toplantının bu günə nəzərdə tutulan iş planında mətbuat şuralarının internetlə, on-linela, facebookla bağlı vəzifələrinə dair məsələlər yer alıb. Bildirilib ki, indiyədək bu şəbəkə heç bir qurum tərəfindən idarə edilməyib və onlara azad istinad mənbəyi kimi yanaşılıb. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirib. Xüsusilə bir sıra terror təşkilatlarının, o cümlədən Əl-qaidənin bu resurslardan öz məqsədləri üçün yararlanması və digər belə məsələlər dünya mediası ilə bağlı ciddi narahatlıq doğuran məqamlar kimi vurğulanıb. Mövcud situasiyada mətbuat şuralarının rolunun nədən ibarət ola biləcəyinə, həmçinin facebook sosial şəbəkəsinə nəzarətin mümkünlüyünə dair diskussiyalar aparılıb. Qərara alınıb ki, bu məsələlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının bu il Nepalda keçiriləcək toplantısında da müzakirəyə çıxarılsın. Müzakirələrə qatılan MŞ sədri rəhbərlik etdiyi qurumun bu kimi məqamlara həssaslıqla yanaşdığını, artıq bir saytla bağlı şikayətə baxdığını vurğulayıb.