21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
«Symantec» şirkəti bir vaxtlar kompüterin işinin optimallaşması üçün məşhur toplu olan «Norton Utilities»in bərpası haqqında məlumat yayıb. «Norton Utilities»in son versiyası 2002-ci ildə buraxılıb və həmin vaxtdan onun komponentləri «SystemWorks» adlı daha yüksək qiymətli məhsula birləşdirilib.
«APA-ECONOMICS»in məlumatına görə, toplu əməliyyat yaddaşında boş yerin artırılması, kompüterin yüklənməsinin sürətləndirilməsi, sərt diskdə yerin boşaldılması və ümumiyyətlə sistemin məhsuldarlığının artırılması üçün nəzərdə tutulub. «Norton Utilities»in yeni versiyası «Windows XP» və ya «Vista» əməliyyat sistemli kompüterlərdə istifadə oluna bilər.
Xatırladaq ki, «Norton Utilities»in ilk versiyası 1981-ci ildə amerikalı proqramçı Peter Norton tərəfindən buraxılıb. Nortonun təsis etdiyi proqram təminatının hazırlanması üzrə şirkət 1990-cı ildə «Symantec» tərəfindən alınıb. «Norton Utilities» 2003-cu ildən ayrıca məhsul kimi artıq mövcud deyil, onun komponentləri «Norton SystemWorks»da birləşdiriləcək. Bu paketə optimallaşma vasitələri ilə yanaşı viruslardan qorunma və şpion proqramları daxildir. «SystemWorks»a bir kompüter üçün illik abunənin qiyməti 70 dollardır.