21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
BAMF-ın mərkəzi ofisinin iclas zalında təşkil olunan dəyirmi masada Azərbaycan mətbuatının mövcud durumu, beynəlxalq təcrübə və əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı səmərəli müzakirə aparılıb. Tədbiri açan BAMF-ın proqramlar departamentinin rəhbəri Siyab Məmmədli həyata keçirilən layihə ilə bağlı dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib.
Mətbuat üzrə beynəlxalq ekspert Azər Həsrət Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti, beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələri ilə bağlı məruzəsində qarşıda duran vəzifələrdən danışıb.
BAMF-ın nümayəndəsi Rey Kərimoğu yerli KİV-lər və media qurumları arasında aparılan sorğu haqqında ümumi məlumat verərək, yekunda nəticələrin təhlil olunacağını bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının sədr müavini, JuHİ sədri Müşfiq Ələsgərli layihənin vacib məsələyə toxunduğunu, beynəlxalq əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının rəhbəri Qafar Çaxmaqlı ölkəni beynəlxalq aləmdə bəzən təsadüfi adamların və qurumların təmsil etməsi ilə qarşılaşdığını, ona görə də milli mətbuatın inkişafına dəstək göstərənlərin beynəlxalq əməkdaşlığa cəlb edilməsinin vacibliyini söyləyib.
Müzakirələrə qoşulan Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Ədalət” qəzetinin təmsilçisi Ceyhun Musaoğlu, “Şərq” qəzetinin redaktoru Rəşad Baxşəliyev və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Komitəsinin nümayəndəsi Laura Cəbrayıllı beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması üçün qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən, bu səfərlərə dövri mətbuatda çalışan jurnalistlərin cəlb olunmasının vacibliyindən söz açıblar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi Arif Ələsgərli dövlətin mətbuata diqqətinin nəticəsi kim yaradılan Fondun maliyyələşdirdiyi layihələrin mahiyyətindən və layihələrin icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyindən danışıb.
Tədbirdə Zərdabi Mətbuat Mərkəzi, RUH Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi, Demokratik Jurnalistlər Liqası, Azərtac Dövlət Agentliyi, APA, “Yeni Müsavat” qəzeti, “525-ci qəzet” və digər mətbu orqanların nümayəndələri iştirak edib.