İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərpoçt üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi başa çatdırılıb

13.10.2009 [15:15]

Fontu böyüt:      

“Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilən Azərpoçt üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqinin başa çatmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Azərpoçt MMC-nin inzibati binasında RİTN və Dünya Bankı tərəfindən birgə reallaşdırılan “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilən Azərpoçt üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqinin başa çatmasına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən nazirliyin Poçt sektorunun müdiri Novruz Məmmədov 2005-ci ildə start verilmiş layihə barədə iştirakçılara ətraflı məlumat verib. Azərbaycanın poçt sisteminin inkişafı məqsədini daşıyan bu layihə çərçivəsində ənənəvi poçt xidmətləri ilə yanaşı, həmçinin bank-maliyyə xidmətlərinin göstərilməsinə imkan yaradacaq müasir infrastrukturun yaradılması nəzərdə tutulur. Və Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi layihənin reallaşdırılması istiqamətində vacib addımdır. N. Məmmədov qeyd edib ki, “Poçt rabitəsi haqqında” Qanuna əsasən Azərpoçt MMC kredit verilməsi istisna olmaqla bütün növ bank-maliyyə xidmətləri təqdim edə bilər.

“Sistemin tətbiqi ilə Azərpoçt maliyyə xidmətlərinin göstərilməsinə texniki baxımdan tam hazırdır”, - deyə RİTN-nin Poçt sektorunun müdiri çıxışının sonunda bildirib. Qeyd edək ki, Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin sınaqdan keçirilməsi ilə bağlı bütün test işləri başa çatdırılıb. Elə bu gün sistemin sifarişçi tərəfindən qəbulu mərasimi keçiriləcək. Azərpoçt MMC üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi 1,5 ilə həyata keçirilib. Layihənin icraçıları isə HP və onun tərəfdaşları olan Colvir və Sinam şirkətləri olublar. Mətbuat konfransı zamanı HP nümayəndəsi işlərin başa çatması ilə əlaqədar bütün iştirakçıları təbrik edərək layihənin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib və HP şirkətinin Azərbaycanın dövlət strukturları ilə işləri davam etdirmək niyyətini vurğulayıb.Əlavə edək ki, HP şirkəti 6 mərhələ üzrə həyata keçirilən layihənin baş icraçısı olub.

Layihə çərçivəsində HP-nin serverləri və digər avadanlığı quraşdırılıb, Colvir şirkəti Colvir Software proqram həllini təqdim edib, Sinam isə avadanlığın montajını, proqram həllinin lokallaşdırılmasını və quraşdırılmasını yerinə yetirib. Bundan əlavə, təhlükəsizliyin təmin edilməsi və bütün sistemin fasiləsiz fəaliyyəti məqsədilə Sumqayıt şəhərində Ehtiyat server sistemi yaradılıb.

Baş ofisdə həyata keçirilən bütün əməliyyatlar avtomatik olaraq ehtiyat sistemində də təkrarlanır ki, bu da verilənlərin əlavə mühafizəsini təmin edir. İstismara verildikdən sonra yeni sistem vasitəsilə müxtəlif ödənişlər etmək, pul köçürmələrini həyata keçirmək, ödəniş hesabını açmaq, göndərilmiş və ya alınacaq bağlamanı onlayn rejimində izləmək və s. mümkün olacaq. Bundan əlavə, sistem həm sms, həm də email vasitəsilə poçtun alınması üzrə elektron bildiriş funksiyasını tətbiq etməyə imkan verir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar