21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daim öz yenilikləri ilə istifadəçilərini sevindirən kataloq.net layihəsi bu dəfə də ənənəsinə sadiq qalıb.Bu dəfə ki, yenilik müqəddəs Ramazan ayı ilə bağlıdır.
Kataloq.net hər il olduğu kimi, bu il də istifadəçilərinə Ramazan ayına və Ramazan orucuna həsr edilmiş xüsusi səhifə təqdim edib. Səhifədə Ramzan ayı və orucluğa aid Quran ayələri, hədislər və bəzi dini terminlərin izahı öz əksini tapıb. Bu məlumatlar siz hər dəfə səhifəyə daxil olduqda avtomatik olaraq yenilənəcək.
Bundan başqa, kataloq.net-in Ramazan ayı münasibətilə təqdim etdiyi xüsusi səhifədə siz ,həmçinin, namaz vaxtları, iftar vaxtına nə qədər qaldığı haqda da məlumat əldə edə bilərsiz.
Kataloq.net layihəsinin rəhbəri Vahid Qasımovun xeberler.az-a verdiyi məlumata əsasən səhifədə yerləşdirilən namaz vaxtları haqqında cədvəl Qafqaz Müsəlmanları İdarəsinə istinadən verilir.Qafqaz Müsəlmanları İdarəsi isə öz növbəsində bu cədvəli Şamaxı rəssədxanasının hesablamaları əsasında tərtib edir.
Layihə rəhbəri,həmçinin, müqəddəs ay münasibətilə bütün dünya müsəlmanlarını təbrik etdiyini və kataloq.netin bayram surprizlərinin bununla kifayətlənməyəcəyini də bildirdi.
Qeyd edək ki, Kataloq.NET 2006-cı ildə yaranmış, məqsədi Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir. Bu istiqamətdə atılan ilk addım, Azərbaycanın Digital Kataloqunun yaradılmasıdır.