21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, Startup Azərbaycan çərçivəsində keçirilən Müsabiqədə startupların qeydiyyatı 20 may tarixdə, saat 24.00-da başa çatıb.
Cəmi 42 startup layihəsi Müsabiqəyə təqdim edilib. 
TK bildirir ki, qeydiyyatdan keçən, lakin yetərli məlumatlar (qeydiyyat formasındakı sənəd faylını) təqdim etməyənlər Qaydalara əsasən Müsabiqədən kənarlaşdırılacaq. Hazırda təqdim edilən Layihələrin Qaydalara uyğun olaraq Müsabiqəyə buraxılması TK tərəfindən nəzərdən keçirilir.
Startup Azərbaycan TK-nın qərarı ilə Müsabiqəyə buraxılan Layihələrin siyahısı təsdiq edilir və ilkin ekspertiza üçün Ekspertlərə göndərilir. TK bildirir ki, Müsabiqəyə buraxılan layihələrin Ekspertlər tərəfindən ilkin qiymətləndirilməsi və yarımfinalçıların müəyyən edilməsi prosesi 10 gün davam edəcək. 
Yarımfinala çıxan startuplar üçün biznes planların və təqdimatların hazırlanması istiqamətində iyun ayının 1-ci yarısında Təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər beynəlxalq Ekspertin iştirakı ilə keçiriləcək.
Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər 25 İyun tarixədək finalçıları müəyyən edəcəklər. 
Finala çıxan startuplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.
 Startup Azərbaycan Yekun Təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi planlaşdırılır. 
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
 Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Geniş məlumat : www.startup.az