21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanına uyğun olaraq, cari il sentyabrın 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılıb, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən Əsasnamənin tələblərinin icrası məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verib. Göstərişə uyğun olaraq, bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.
Sənədlərin verilməsi yönündə vətəndaşlara ən yüksək standartlar səviyyəsində xidmətin göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional mərkəzləri üçün yeni inzibati binalar tikilib və zəruri avadanlıqlarla, ən müasir texniki vasitələrlə təchiz olunub.
Qeyd edək ki, ötən iki ayda 44 minə yaxın ölkə vətəndaşı şəxsiyyəti təsdiqləyən müvafiq sənədlərlə təmin olunub. Müvafiq xidmətin operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.(ictnews.az)