21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Mətbuat Şurası “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” mövzusunda layihənin icrasına başlayıb. Mətbuat Şurasından verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan layihə oktyabrın 11-dən noyabrın 11-dən davam edəcək.
Layihə çərçivəsində ölkənin tanınan, ictimai fikrə təsir göstərən 60-dək gündəlik və həftəlik qəzetinin seçki ilə bağlı materiallarının monitorinqi aparılacaq. Monitorinqin nəticələri həftəlik bülletenlər vasitəsilə ictimaiyyətə çatdırılacaq.
Layihə çərçivəsində həmçinin seçki günü Mətbuat Şurasında "qaynar xətt"in yaradılması nəzərdə tutulur. Jurnalistlər bu rejimdə işləyən telefon nömrələrinə zəng edərək seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə məlumat vermək imkanı əldə edəcəklər. Qeyd edək ki, layihənin yekunları ilə bağlı kitabçanın buraxılması da nəzərdə tutulur.