21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dekabrın 2-də BMT-nin İnkişaf Proqramı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəriliyinin modernləşdirilməsi” layihəsinin təşkil etdiyi İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma mövzulu İkinci Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb.
Xeberler.az-ın məlumatına görə, forumun keçirilməsində əsas məqsəd daha da səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir.
Hazırda forumda Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin İdarəetmə və İctima Adminstrasiya üzrə baş mütəxəssisi Vyaçeslav Çerkasov, İCANN-ın Tərəfdaşları Əlaqələr üzrə Baş Direktoru Patrik Cons, İnternet Cəmiyyətinin Avropa Əlaqələri üzrə Meneceri Maarit Palovrita, AİF-in prezidenti Osman Gündüz və sair mötəbər qonaqlar iştirak edir.
İki gün davam edəcək tədbirdə 180-200 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri , elm və vətəndaşlıq cəmiyyəti sahələrinin mütəxəssisləri İnternetlə bağlı aktual problemləri (Rəqəmli erada hökumətin transformasiyası: “Açıq Hökumət Məlumatının (AHM) Azərbaycanda yeni inkişaf və istiqamətləri”, “Post-Sovet məkanında E – İştirakın innovativ imkanları”, Avrasiya və Azərbaycan regionunda E-təhsil imkanlarının yaradılması, “İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması” və s.)müzakirə etmək üçün toplaşıblar.
Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti(UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi, BMTİP-nin Azərbaycan Nümayəndəliyi, Azərbaycan İnternet Forumu (AİF), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə dəstəyi ilə keçirilir.
Regional İnternet İdarəçilik forumu
2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində
yaranıb və hər il qeyd edilir.