21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakalavrlar noyabrın 26-dan dekabrın 4-dək ərizələrini təsdiqlədə bilərlər
Respublikanın ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, sənədlərin qəbulu internet vasitəsi ilə aparılacaq. Bunun üçün bakalavr şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olmalıdır. Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün noyabrın 26-dan dekabrın 4-dək bazar günü istisna olmaqla, hər gün saat 9-dan 17-dək tələb olunan sənədləri təqdim etməlidirlər.
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına da ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda, magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar sənəd verə bilərlər. TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Komissiyadan qeyd edilib ki, həmin ixtisasların siyahısı "Magistr" xüsusi buraxılışının 8-ci sayında nəşr edilib.
Qəbul prosesinə gəlincə, imtahanlar iki mərhələdə keçirilir. İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt ayrılır. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi yoxlanılır. İkinci mərhələdə isə bakalavrın qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsinə diqqət yetirilir. Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.