21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
  Altı il ərzində ilk dəfə personal kompüterlər bazarında enmə müşahidə olunub. Bu nəticələr IDC analitik şirkəti tərəfindən dünya personal kompüterlər bazarının 2008-ci ilin dördüncü rübündəki vəziyyətinin təhlilindən sonra təqdim olunub. 
Ötən ilin son üç ayı ərzində personal kompüterlərin satış həcmi 2007-ci ilin həmin müddəti ilə müqayisədə 0,4% azalıb. Əgər 2007-ci ilin dördüncü rübündə dünya üzrə 77,7 milyon personal kompüter satılıbsa, ötən il bu göstərici 77,3 milyon təşkil edib.
Bu cür mənfi dinamikanı analitiklər maliyyə böhranı və nəticədə əhalinin gəlirlərinin azalması ilə əlaqələndirilər, Kompulenta yazır.
  Ümumilikdə 2008-ci ilin nəticələri üzrə personal kompüterlər bazarı 10,5% artıb və 297,2 milyon kompüter təşkil edib. Personal kompüter satışı ilə məşğul olan 5 ən iri şirkətlər siyahısında Hewlett-Packard (19,2%), Dell (15,0%), Acer (10,9%), Lenovo (7,4%) və Toshiba (4,6%) yer alıblar.
 
  Analitiklər hesab edirlər ki, personal kompüter bazarında enmə həmçinin cari il ərzində müşahidə olunacaq.
xeberler.az/Ellada