21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Isveç parlamentinin deputatları, Avropa Parlamentinin bu ölkədən olan üzvləri, gənclər hərəkatının fəalları və ayrı-ayrı siyasi xadimlər bir sıra bəyanat və aksiya ilə çıxış edərək gənc bloqçular Adnan Hacızadə və Emin Millinin azadlığını tələb ediblər.
Diplomatik mənbələrin “Turan”a verdiyi məlumata görə, parlamentin Sosial-Demokrat, Sollar və Yaşıllar fraksiyasının üzvləri birgə bəyanatla çıxış edərək Avropa İttifaqı müşahidəçilərinin Bakıya, blogerlərin məhkəməsinə göndərilməsini tələb ediblər. Öz növbəsində parlamentin xarici əlaqələr komitəsinin üzvləri Azərbaycan hakimiyyətinin blogerləri dərhal azad etməyə çağırıblar.
İsveç gənclər federasiyası da bloqçuların dərhal azad edilməsini tələb ediblər. Prezident İlham Əliyevə ünvanlanmış məktubda parlamentdə təmsil olunan hər yeddi partiyanın gənclər təşkilatının liderləri Adnan Hacızadə və Emin Millinin siyasi səbəblərlə həbsində narahatçılığını ifadə edərək onların dərhal azad edilməsinin və üzərlərindən ittihamların götürülməsini tələb ediblər. 
AŞ PA-da İsveç nümayəndə heyətinin və insan haqları qrupunun üzvləri birgə bəyanatda blogerlərin işi üzrə istintaqın gedişində ciddi pozuntuların olduğunu qeyd edirlər. Bütövlükdə, Azərbaycanda ifadə azadlığı və demokratiyanın təmin edilməsində ciddi pozuntular var. Avropa Şurası və AŞ PA üzvü, Avropa İttifaqının tərəfdaş ölkəsi kimi Azərbaycan öz öhdəliklərini yerinə yetirməli, qanunu aliliyini və hüquq sisteminin müstəqilliyini təmin etməlidir.RATİ