21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Microsoft korporasiyası Windows 7 yeni əməliyyat sisteminin (ƏS) Azərbaycan üçün lokallaşdırılmasını bəyan edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, əməliyyat sisteminin Azərbaycan versiyasının istifadə edilməsi üçün ingilisdilli versiyanın üzərindən Language Interface Pack (LIP) xüsusi dil paketini Microsoft-un yerli nümayəndəliyinin www.microsoft.az saytından yükləmək olar. ƏS-nin Azərbaycan üçün lokallaşdırılmış versiyasının cari ilin 23-26 noyabr tarixlərində Bakıda keçiriləcək BakuTel 2010 sərgisi çərçivəsində rəsmi təqdim olunacağı planlaşdırılır. “Windows-un yeni versiyasının Azərbaycan dilinə lokallaşdırılması informasiya texnologiyalarının sistemli şəkildə inkişaf etdiyi ölkə kimi, Azərbaycana olan marağı göstərir. Məqsədimiz bu məhsulu Azərbaycanın əhalisinin əksər hissəsi üçün əlçatan etməkdən ibarətdir.
Microsoft korporasiyası gələcəkdə də öz məhsullarını Azərbaycan üçün lokallaşdırmağa davam edəcək”, - deyə Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov qeyd edib. Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan komanda və sözlərin Azərbaycan lüğəti (Glossary) yaradılıb, interfeys Azərbaycan dilinə lokallaşdırılıb (Language interface pack), eləcə də Microsoft-un lokallaşdırılmış məhsullarında istifadəsi tövsiyə edilməyən söz və ifadələr siyahısı yaradılıb (Azeri Policheck).
Xatırladaq ki, bundan əvvəl də Microsoft tərəfindən əsas məhsullarının Azərbaycan bazarı üçün uyğunlaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində Windows XP və Vista əməliyyat sistemləri, eləcə də Microsoft Office 2003/2007 paketləri lokallaşdırılıb.