21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu barədə Azadlıq radiosuna vəkil İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, Emin Milli və Adnan Hacızadəyə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma maddəsilə (127-ci maddə) ittiham irəli sürülüb.
Vəkil deyir ki, bu ittiham gənc fəallara avqustun 21-də irəli sürülüb.
Bundan əvvəl isə gənclər Cinayət Məcəlləsinin xulliqanlığa görə məsuliyyət nəzərdə tutan maddəsi (221-ci maddə) ilə ittiham olunurdular.
İsaxan Aşurov: «Nəzərinizə çatdırmaq istəyirəm ki, bu maddələr «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin ittiham olunduğu maddələrdir».
İ.Aşurov deyir ki, gənc fəalların avqustun 22-də başa çatan istintaqının sürprizləri bununla bitməyib. Vəkilin sözlərinə görə, o və həmkarı Elton Quliyev belə qərara gəliblərmiş ki, eyni vaxtda hər iki gənci müdafiə etsinlər. Hətta bu barədə vəkil qurumunun orderini istintaq orqanına təqdim də ediblərmiş. Amma sonradan cinayət işinin materialları ilə tanışlıq zamanı məlum olub ki, istintaq orqanı buna imkan verməyib.
İsaxan Aşurov Adnan Hacızadənin, Elton Quliyev isə Emin Millinin vəkilidir.
Gənc fəallar bu il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Məhkəmə gənclər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Bir sıra beynəlxalq təşkilatlar bu həbsi gənclərin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib və Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edib.