21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Netty 2010 Azərbaycan milli internet mükafatinda iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixinədək davam edəcək. Bu tarixdə saytların qəbulu və virtual jüri üzvlərinin yığımı tam şəkildə sona yetəcək. 
Təşkilatçıların bildirdiyinə görə, hazırda iştirak etmək məqsədilə 400 veb-layihə öz ərizələrini təqdim edib, onlardan 310 milli sayt müsabiqədə iştirakını davam etməyə buraxılıb. 100 istifadəçi isə jüridə iştirak etməyə hüququnu qazanıb. 
Bu anda layihələrin çoxu iştirakçıların təxminən bərabər sayı ilə “Elm və Təhsil”, “İnformasiya və xəbərlər”, “Servis-saytlar” və “Əyləncə” nominasiyalarında qeydiyyata alınıb, iştirakçıların sayı ən az olan nominasiya isə hələlik “Dövlət saytı”dır.
Netty milli internet mükafatı – ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün 2004-cü ildə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Qeyd edək ki,bir müddət öncə Azərbaycan İnternet Forumu tərəfindən də ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə Milli Net-Milli İnternet Mükafatı təsis olunmuşdur.
Ümumilikdə bu tip müsabiqələrin və mükafatların təsis olunması Azərbaycanın İT-bazarının inkişafı baxımından qənaətbəxş haldır.