21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Telekanallarda və radiolarda Azərbaycan dilinin qorunması ilə bağlı ciddi problemlər var”. APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, bir sıra hallarda Azərbaycan dilinin səlisliyi, doğruluğu, düzgünlüyü, tələffüzü və boğaz səsləri ilə bağlı qaydalar pozulur. N. Məhərrəmli bir sıra hallarda ləhcələrlə bağlı da problemlərin olduğunu vurğulayıb: “Biz bu məsələ ilə bağlı xüsusi təlim kursları keçirmək fikrindəyik. Bu təlim kursları birbaşa aparıcılarla bağlı olacaq. Onlara Azərbaycan dilinin qaydaları izah olunacaq. Hesab edirik ki, bu problemlərin aradan qaldırılmasına nail ola biləcəyik”.
N. Məhərrəmli hazırda Azərbaycan teleməkanında Azərbaycan dilinin hakim olduğunu da qeyd edib: “Bu məsələdə biz məqsədimizə nail olmuşuq. Buna baxmayaraq, müəyyən verilişlərdə, maarifçilik xarakterli proqramlarda, ictimai-siyasi xarakterli tədbirlərdə digər dillərdən də istifadə olunur. Bunlar, əsasən rus və türk dilləridir. Bu məsələləri mərhələ-mərhələ həll edirik və hesab edirəm ki, bu məsələdə ciddi bir problem olmayacaq”.