21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu ilin sentyabrından nəşrə
başlayan "National Geographic" jurnalının yaxın bir neçə ildə
elektronlaşdırılması nəzərdə tutulmur. Bu barədə "National
Geographic" jurnalının baş redaktoru Seymur Teymurov Xeberler.az-a  məlumat
verib.
Seymur Teymurov jurnalın
missiyasının dünyanı oxuculara tanıtmaq olduğunu qeyd edib: “Bizim jurnal daha
çox şəkillərdən ibarət olduğu üçün elektron daşıyıcılar həmin effekti tam əks
etdirə bilmir. Jurnal yüksək poliqrafiq keyfiyyətdə nəşr olunur. Bu səbəbdən də
hələlik jurnalın yalnız çapına üstünlük verəcəyik. Əlbəttə, cəmiyyət inkişaf
edir və insanlar hər  şeyi elektron daşıyıcılar üzərində görmək istəyir.  Biz məsələni diqqətdən kənarda qoymayacağıq,
amma yaxın bir neçə ildə biz jurnalı elektronlaşdırmaq fikrindən uzağıq”.
"National Geographic" jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda dərc edilib. 1888-ci ildən nəşr olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal ingilis dilindən əlavə, 40 dildə dərc olunur. 2014-cü il martın 3-də jurnalın Azərbaycan dilində nəşr olunması barədə müqavilə imzalanıb və ilk sayı sentyabrın 1-dən oxuculara təqdim olunub.
Jalə Şahinqızı