21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
APA.AZ
Bu gün Şəkidə “Kanal-S” özəl televiziya kanalı açılıb. Televiziya kanalı UHF diapazonunun 43-cü kanalında yayımlanmağa başlayıb. 
Müasir rəqəmsal avadanlıqlarla təchiz olunmuş televiziya fəaliyyətə 3 canlı proqramla başlayıb. Hər gün Kanal-S Xəbər adlı 2 xəbər proqramı, Gün gəlir adlı səhər proqramı və Hit-miks adlı 2 musiqi proqramı yayımlayacaq telekanal 18 saat efirdə olacaq. 
Bundan başqa, tamaşaçılar hər həftə İpək kimi adlı qadın, Gəzərsən-görərsən adlı maarifləndirici, Təzə məzə adlı yumoristik proqramları “Kanal-S” telekanalının efirindən izləyə biləcəklər. 
Ancaq Azərbaycan dilində yayım həyata keçirən telekanalda 50 nəfərlik texniki və yaradıcı personal çalışacaq. Kanalın 17 ay ərzində inşa edilən 3 mərtəbədən ibarət binasında 3 çəkiliş studiyası və 30 iş otağı yerləşir.
İlk olaraq Şəki ərazisində yayımlanan telekanalın tezliklə Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında da yayımlanması gözlənilir.