21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Təhsil nazirliyinin dəstəyi ilə, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramına uyğun olaraq «Microsoft Azərbaycan» korporasiyası tərəfindən keçirilən İnnovativ müəllimlər müsabiqəsində 200-dən artıq müəllim iştirak edir. 
Müsabiqənin şərtlərinə əsasən müəllimlər hər iki nominasiya üzrə - “Məzmunda innovasiyalar” və “Tərəfdaşlıqda innovasiyalar” – öz layihələrinin təsvirlərini təqdim ediblər (http://itn-az.spaces.live.com)  2-7 fevral tarixlərində keçiriləcək seçimlərdən sonra mütəxəssislər jürisi finala yalnız 20 iştirakçını buraxacaq. 
Finalçılar pedaqoji və valideyn jürisi qarşısında öz layihələrinin təqdimatlarını keçirəcəklər. Hər nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərin müəyyənləşəcəyi nəzərdə tutulub. Müsabiqənin qalibləri mart ayında Vyanada təşkil olunacaq beynəlxalq Avropa innovativ müəllimlər forumunda Azərbaycanı təmsil etmək hüququnu qazanacaqlar. 
Qaliblərin seçimi zamanı təqdim olunmuş layihələrin şagirdlərə müasir bacarıqlarını təkmilləşdirilməsinə xidmət etməsi əsas meyar kimi götürüləcəyi gözlənilir.
Kommunikasiya qurmaq, analiz, biliklərin sintezi, informasiya texnologiyaları ilə işləmək, nəzəriyyənin praktik müstəvidə reallaşmasına müvəffəq olmaq və s. analoji bacarıqlar müasir insanın inkişaf üçün alətlərdir. Innovasiya yönümlü layihələr şagirdlərin sözügedən bacarıqları artıq məktəbdə yiyələnə bilmələrinə yardım etməlidir. Ənənəvi təhsil üsullarından fərqli olaraq, təqdim olunmuş innovativ resurslar vasitəsilə şagirdlər bu və ya digər fənn üzrə müstəqil şəkildə araşdırma apara bilməlidirlər.  /www.mincom.gov.az/