İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli İnternet Mükafatının nominantları seçilib

10.12.2014 [15:33]

Fontu böyüt:      

Xeberler.az-ın məlumatına görə, müsabiqəyə 14 Nominasiya üzrə təqdim edilən 322 saytdan qaydalara uyğun olan 272 sayt qəbul edilib və səsvermədə iştirak edib.

Milli İnternet Mükafatı - Milli Net 2014 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

Xeberler.az-ın məlumatına görə, müsabiqəyə 14 Nominasiya üzrə təqdim edilən 322 saytdan qaydalara uyğun olan 272 sayt qəbul edilib və səsvermədə iştirak edib.

AİF-in dizayn, məzmun və texniki-texnoloji istiqamətlər üzrə formalaşdırdığı 15 nəfərlik müsabiqə komissiyası 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan  75 sayt nominant statusu alıb. Bu saytlar 2-ci mərhələdə mübarizəni davam etdirəcəklər.

Səsvermənin 2-ci mərhələsi dekabrın 10-da başlayacaq və 17-də başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar.

Müsabiqə komissiyası dekabrın 19-a kimi nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasiminin dekabrın 19-da keçirilməsi nəzərdə tutulub. Təşkilat komitəsi hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görür.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Nominantların tam siyahısı www.millinet.az -da yerləşdirilib.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin baş sponsoru Azercell şirkətidir. Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 Mirvari Nəcəf


Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar