21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Şeffeldın cinayət məhkəməsi Britaniya lordu  Ahmədi sükan arxasında  mobil telefondan istifadə etdiyi üçün 12 həftə müddətinə həbs edib.  Lordun “Yaquar”ı əks istiqamətdə hərəkət edən  “Audi” ilə toqquşub. Qəza nəticəsində 28-yaşlı Slovakiyalı Martin Qombar həlak olmuşdur. Bu haqda məlumatı Sky News yayıb.
Məhkəmədə Ahmədin həyat yoldaşı və anası şahid kimi çıxış ediblər. Lordun vəkili qeyd edib ki, qəza nəticəsində başından travma alan Ahməd baş vermiş hadisə üçün heç bir məsuliyyət daşımır. Lakin hakim  bildirib ki, sükan arxasında baş vermiş hər hansı bir  məsuliyyətsizliyə görə sürücülər cavab verməlidirlər.  
Lord Əhməd  12-həftəlik cəza müddətinin yarısını həbsxanada keçirəcək. Bundan əlavə lord cərimə ödəməli olacaq. Həmçinin, lord Əhməd 12 ay avtomobili idarə etmək hüququndan məhrum olacaq. 
Lord bir sıra vacib dövlət proyektlərində iştirak edir. Qəza baş verən gün lord Sudanın prezidenti Ömər Əl-Bəşirlə həbs olunmuş britaniyalı müəllimənin azad olunması haqqında danışıqlar aparırmış.