21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu USB yaddaş kompüterə taxılır və pornoqrafik məzmunda olan bütün fotoşəkilləri tapır. 'Porn Stick' USB yaddaşı kompüterə taxılır və pornoqrafik məzmunlu bütün fotoşəkilləri tapır. Əgər uşaqlarınızın, həyat yoldaşınızın ya da işçilərinizin pornoqrafik məzmunlu saytlarda gəzişdiyindən şübhələnirsinizsə artıq bunu müəyyənləşdirməyin yolu var.
Paraben firmasının istehsal etdiyi ‘Porn Stick' adlı məhsul kompüterdə olan pornoqrafik məzmunlu bütün şəkilləri tapır və hamısını öz yaddaşına qeyd edir. NTVMSNBC-in xəbərinə görə satış qiyməti cəmi 100 dolar olan ‘Porn Stick', keçirilən testlərdə uğurlu nəticə verib. Taxıldığı kompüterdəki hər bir pornoqrafik fotoşəkli tapa bilən cihazın necə çalışdığını isə istehsalçılar belə açıqlayır: "Porn Stick fərqli alqoritmlərdən istifadə edərək fotoşəkillərdə bədən rəngi tonlarını, müəyyən şəkilləri və üzləri yoxlayır."
Nəticənin səhv olma ehtimalı 1%-ə bərabərdir. İstehsalçılar isə istifadəçilərə öncədən xəbərdarlıq edir: "Bir kompüterdə tapdığınız bir neçə fotoşəkil o kompüterdən pornoqrafik məzmunlu saytlara girildiyi mənasına gəlməyə bilər. Səhvən bir linkə tıkladığınızda belə kompüterinizin yaddaşına fotoşəkil qeyd oluna bilər. Belə vəziyyətlərdə uşaqlarınızla danışın və hansı saytlara girməmələri ilə bağlı onları məlumatlandırın." ‘Porn Stickin taxıldığı kompüterdə hər hansı bir iz buraxmadığını bildirən istehsalçılar, məhsulun pornoqrafik video faylları qəbul edə bilmədiyini söyləyirlər. //fakto.info