21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“YUMROO” Milli Axtarış Portalının təşkilatçılığı ilə bu gün Bakıda İnternet Forum keçirilir.
İki gün davam edəcək İnternet Forum Rabitə və İnformasiya Texnologiyaları və Gənclər və İdman nazirliklərinin, “AzeriCard” şirkətinin, “HP” şirkətinin Azərbaycandakı nümayəndəliyinin və “İRƏLİ” İctimai Birliyinin dəstəyi keçirilir.
Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz isə Turana müsahibəsində bu tədbirin keçirilməsinə münasibət bildirərək deyib ki, 2001-ci ildən etibarən Azərbaycan İnternet Forumu ölkəmizdə İKT-nin inkişafına yönəlik onlarla bu cür Forumlar təşkil edib. Həmin dövrlərdə İnternet ictimaiyyətin iştirakı ilə keçirilən müzakirələrin yekunu olaraq 2002-ci ildə Azərbaycan İnternet Forumu təsis edilib və 2005-ci ildə AİF dövlət qeydiyytaından keçib. Bu baxımdan bu günkü tədbiri ilk adlandırmaq düzgün deyil.
"Bu tədbirin təşkilatçıları düşünməli idilər ki, Azərbaycanda hələ indi ilk İnternet Forumun keçirilməsi haqqında yalnış məlumatlar heç də ölkəmizə baş ucalığı gətirməyəcək- O.Gündüz bildirib.
Osman Gündüz həmçinin bu tip tədbirlərin keçirilməsini ölkədə İKT-nin inkişafına yönıəlik əhəmiyyətli addım hesab edərək bildirib ki, Azərbaycan İnternet Forumu bu baxımdan əməkdaşlığa daim hazırdı və hal-hazırda da bəzi dövlət qurumlarının müqavimətinə baxmayaraq Azərbaycan İnternet Forum öz işini uğurla davam etdirir.
Qeyd edək ki, bu baxımdan Azərbaycan İnternet Forumu nəinki ölkədə, o cümlədən, ölkə hüdudlarında kənarda da tanınır.