İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Şəki icra hakimiyyətinin internet səhifəsinin təqdimatı olmuşdur

30.07.2008 [16:45]

Fontu böyüt:      

iyulun 29-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında qurumun rəsmi internet səhifəsi təqdim olunmuşdur. Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova yeni “veb-səhifə”nin açılmasını Şəkinin ictimai-siyasi və mədəni həyatında çox əlamətdar hadisə kimi qiymətləndirmiş, “aztelekom.net” internet provayderinin Şəki bölgəsi üzrə mütəxəssislərinə minnətdarlığını bildirmişdir. Şəhər icra hakimiyyətinin baş mütəxəssisi Sahib Əlişanbəyli zalda quraşdırılan monitorun köməyi ilə yeni internet səhifəsinin xüsusiyyətləri barədə məlumat vermişdir.
Iyulun 29-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında qurumun rəsmi internet səhifəsi təqdim olunmuşdur. Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova yeni “veb-səhifə”nin açılmasını Şəkinin ictimai-siyasi və mədəni həyatında çox əlamətdar hadisə kimi qiymətləndirmiş, “aztelekom.net” internet provayderinin Şəki bölgəsi üzrə mütəxəssislərinə minnətdarlığını bildirmişdir. Şəhər icra hakimiyyətinin baş mütəxəssisi Sahib Əlişanbəyli zalda quraşdırılan monitorun köməyi ilə yeni internet səhifəsinin xüsusiyyətləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, səhifədə şəhərin tarixi, coğrafi mövqeyi, əhalisi, iqtisadiyyatı, mədəniyyəti, görkəmli şəxsiyyətləri, turizm potensialı və digər sahələrlə bağlı geniş məlumatlar toplanmışdır. İnternet istifadəçiləri saytın köməyi ilə Şəkinin gündəlik həyatında baş verən yeniliklər barədə operativ məlumat almaq imkanı əldə edəcəklər. “Veb-səhifə”nin açılması şəhər icra hakimiyyətinin daha səmərəli və intensiv fəaliyyət göstərməsinə şərait yaradacaq, vətəndaşlarla daha sıx ünsiyyət qurmağa, onların şikayət və təklifləri ilə daha yaxından və operativ tanış olmağa imkan verəcəkdir. Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov “veb-səhifə”nin yüksək səviyyədə tərtibinə görə onun yaradıcılarına minnətdarlığını bildirmiş, vətəndaşları yeni internet səhifəsinin imkanlarından yararlanmağa çağırmışdır.

xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar