21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
18 Dekabr Ambassodor otelində Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqənin məram və məqsədləri , görülmüş işlər haqqında məlumat verib.
O müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və ümumən nəticələrdən razı qaldığını qeyd edib. Müsabiqəyə dəstək
verən qurumlara minnətdarlığını bildirib.
Sonra AMEA –nın müxbir üzvü , İTİ-nin direktoru Rasim Əliquliyev çıxış edib. O, ölkədə İKT sahəsinin inkişafına toxunub və bu kontekstə müsabiqənin AzNet –in inkişafında
mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Təşkilatçılar tərəfindən xeyli iş görüldüyünü qeyd edərək onların əməklərini yüksək qiymətləndirdi.
Milli Net 2009 Müsabiqəsinə bu il Azercell , Delte Telekom və HP şirkətləri dəstək veriblər. Təqdimat mərasimində Azercell şirkətinin media sektorunun rəhbəri
Fəxri Abbasov çıxış edərək bu kimi tədbirlərə dəstək verəcəklərini bildirib və bunun ölkədə İKT sahəsinin inkişafında mühüm rol oynayacağını qeyd edib
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib.
Mükafatların təqdim edilməsində AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Z. Əliyeva adına məktəbin İKT üzrə direktor müavini
Aygün Əzizova, Prezident Yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sektor müdiri Əli Kərim, professor Qulu Məhərrəmli, Sahil Şirkətinin direktoru Vahid Qasımov,
Ekspert Emin Hüseynov, Azercell şirkətinin nümayəndəsi Fəxri Abbasov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AİF prezidenti Osman Gündüz iştirak edib.
Təqdimat mərasimində çıxış edənlər Müsabiqənin AzNet in inkişafda ciddi əhəmiyyət daşıdığını və bu kimi tədbirlərin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi gözəl musiqi nömrələri və furşetlə başa çatıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib
Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.
Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.
Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək veriblər.
Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan foto-reportajlar www.millinet.az -da yerləşdiriləcək.