İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“C# master class” professional videodərslik hazırlanıb

26.06.2014 [14:05]

Fontu böyüt:      

Süleymani Tural tərəfindən ölkəmizdə ilk və tək professional videodərslik olan "C# master class" hazırlanıb.

Tural Süleymani: «Bu vəsait imkan verir ki, istifadəçilər proqramlaşdırmanın sirlərini hərtərəfli öyrənə bilsinlər»

Bu gün Azərbaycanda bütün sahələrin yeni texnologiyalara inteqrasiya etməsi İT sahəsində peşəkar kadr çatışmazlığına yol açıb. Qeyd edək ki, şəhərin müxtəlif ünvanlarında açılan kompüter kursları bu boşluğu tam doldura bilmədiyindən bəzi sahələrdə hələ də, İT mütəxəssisləri çatışmır.
Bəs, görəsən, Azərbaycanda peşəkar proqramçıların hazırlanması üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, hazırda fəaliyyət göstərən proqramçıların peşəkarlıq səviyyəsi qaneedicidirmi?
Məsələni «Həftə içi»nə şərh edən İKT üzrə mütəxəssis Tural Süleymani hesab edir ki, bu sahədə Azərbaycanda peşəkar mütəxəssislər var. Amma onların sayı elə də çox deyil: «Azərbaycanda elə mütəxəssislər var ki, xaricdə heç belə peşəkarlar yoxdur. Bunu sizə tam səmimi deyirəm. Amma təəssüf ki, belə peşəkarlar olduqca azdır. Təbii ki, bunun da müxtəlif səbəbləri var. Məsələn, ölkəmizdə dərsliklərin olmaması, bu sahə ilə maraqlananların dil biliklərinin kifayət qədər olmaması kimi amillər proqramlaşdırma sahəsinə öz mənfi təsirini göstərir. Digər tərəfdən bəzi universitet müəllimləri ad xatirinə proqramlaşdırma kitabı satışa buraxıblar, amma bunlar peşəkarlıqdan çox-çox uzaqdır. Siz təsəvvür edin ki, bizdə du sahədə kitabların çoxu Pascal və onun kimi köhnəlmiş dillərə həsr olunub. Halbuki zaman o zaman deyil,indi XXİ əsrdir. Yəni, texnologiya yeniləndikcə, onun dili də təzələnir».

«Dərslik həm yerli, həm də Türkiyə bazarına hesablanıb»

Mütəxəssis öz açıqlamasında “C#” proqram dilini öyrədən videodərslik hazırladığını deyərək bu dərsliyin istifadəçilər üçün faydalı olacağını söyləyib. Proqramlaşdırma sahəsində illərlə topladığı bilikləri bir diskdə cəmləşdirdiyini vurğulayan Tural Süleymani proqram dilləri ilə əlaqədar Azərbaycanda ana dilində ədəbiyyatın az olmasını önə çəkib. Ölkədə ingilis və rus dillərində kitabların olduğunu, lakin bu dillərin hər kəs tərəfindən başa düşülmədiyini qeyd edən müəllif əlavə edib ki, onun hazırladığı dərslik hər kəs, xüsusilə bu işə yeni başlayanlar tərəfindən asanlıqla qavranılacaq: “Bu gün Azərbaycanda olan kitablarda proqram dilləri professional şəkildə öyrədilmir. Lakin mənim hazırladığım videodərslikdə “C#” proqramlaşdırma dilini sıfırdan başlayaraq professional səviyyəyə kimi öyrənmək mümkündür. Dərslikdə 58 dərs toplanılıb. Onun davamiyyəti isə 50 saatdır. Bu vəsait mənim təxminən 6 illik proqramçı fəaliyyətim dövründə əldə etdiyim təcrübəyə əsaslanaraq yaradılıb. Hazırda da həmin sahə ilə məşğul oluram deyə, iş yerlərində daha çox nələrə tələbat olur, “C#”-da nələri daha yaxşı bilmək lazımdır, hansı sahələrə xüsusi diqqət yetirmək lazımdır onları dərsliyə əlavə etmişəm. Yaxın vaxtlarda növbəti dərsliyi hazırlayacam. Azərbaycanda proqramlaşdırmaya maraq çox olduğu üçün “PHP” proqram dili ilə bağlı videodərslik hazırlayıram”.

Tural Süleymani onu da deyib ki, cəmiyyətdə “C#” videodərsliyə maraq çox olsa da, onun qiymətindən razı qalanların sayı çox deyil. Sadəcə alıcılar onun qiymətindən şikayətlənir. Lakin proqramlaşdırma istiqamətində keçirilən kursların qiymətinə baxanda bu heç də baha hesab olunmamalıdır. Ekspertin sözlərinə görə, bu dərsliyi alanlar əlavə olaraq hər həftə “Skype” vasitəsi ilə düzənlədiyim konfranslara da qoşulurlar: “Konfransda nəyi öyrəniblər, nədə çətinlik çəkiblər? Bu tip məsələlərlə bağlı suallarını verirlər və mən də ətraflı şəkildə izah edirəm. Dərslik bu ayın 12-dən 250 manat dəyərində olmaqla satışa çıxarılıb. Doğrudur, sifarişlərin internet üzərindən verilməsinə baxmayaraq, alqı-satqı əməliyyatı canlı olaraq aparılır. Biz videodərsliyi ünvana çatdırırıq. Çünki hələ ki, əhalinin böyük əksəriyyəti internet üzərindən alış-verişi, pulköçürmələrini bacarmır. Ona görə də məcburuq ki, məhsulu ünvana çatdıraq. Bu dərslik Azərbaycan dilində olduğu üçün bizim və Türkiyə bazarına hesablanıb. Qeyd edim ki, dərslikdə şifahi leksiyalarla yanaşı, konkret olaraq praktik tərəflər daha çoxdur. Birbaşa olaraq proqramlar hazırlana-hazırlana dinləyiciyə çatdırılır. Videodərslikdə kompüterin ekranı kameraya çəkilib. Ekranda da yaza-yaza göstərirəm, professional proqramların yığılmasına qədər hər şeyi izah edirəm. Dərslik 7 aya hazırlanıb”.

Bəzən kitabda yazılanlarla real işdə biliklər üst-üstə düşmür

Tural Süleymani qeyd edib ki, bu sahədə silsilə dərsliklər hazırlamaq niyyətindədir. Həmsöhbətimiz professional proqramçı kütləsinin hazırlanmasına dəstək üçün bir neçə videodərslik hazırlamağı düşünür. Onun sözlərinə görə, hələ ki, satışa yalnız "C# master class" videodərsliyi buraxılıb. Burada illər ərzində topladığım praktiki bilikləri 0-dan mükəmməl səviyyəyə kimi öyrədilir.

Yeri gəlmişkən, maraqlananlar http://www.masterdotnet.pro saytında bu haqda ətraflı məlumat əldə edə bilərlər. Sayt videodərsliyin rəsmi veb səhifəsidir. Tural Süleymani deyir ki, gələcəkdə videodərsliyin qiymətində endirim mümkündür: “Düzdür, alıcılar qiymətin baha olduğundan şikayət edirlər, amma mən deyərdim ki, dərslik heç də baha deyil. Məsələn, mən həm də fərdi şəkildə bu sahədə tələbə hazırlaşdırıram və tələbəyə 6 ay ərzində keçdiyim mövzuları bu dərslikdə cəmləmişəm. Tələbəni aylıq olaraq 250 manat qiyməti ilə hazırlayıram. Bəzi kurslarda bu məbləğ hətta 300-350 manatdır. Siz düşünün ki, onlar 6 ay gəlib 1500 manat ödəyəcəyinə cəmi 250 manata bu dərsliyi əldə edib professional proqramçı ola bilərlər. Əgər yaxın vaxtlarda hazırlayacağım veb proqramlaşdırma ilə bağlı "PHP" proqramlaşdırma dilinə aid videodərslik gözlənilən marağa səbəb olarsa ilk dərsliyimin qiymətinin aşağı düşməsi gözləniləndir».

Mütəxəssis həmçinin kompüter kurslarında proqramlaşdırmanın sirlərini öyrənmək üçün əlverişli mühitin olmadığını da söyləyib. Tural Süleymaninin sözlərinə görə, hazırda bir çox kurslarda proqramlaşdırma dilləri tədris olunur. Amma fərdi şəkildə proqramlaşdırma kurslarına nadir halda rast gəlmək mümkündür: “Düzdür kursların informasiya mübadiləsi etmək, istənilən vaxt müəllimə sual vermək kimi müsbət cəhətləri var. Amma burada dərslər fərdi şəkildə yox, qrup halında keçirildiyindən həmişə heç də keyfiyyətli nəticə əldə etmək olmur. Bəzən kursa gedənlər öyrəndiyi bilikləri praktikaya tətbiq etmək istəyirlər. Bu zaman isə müəyyən çətinliklərlə üzləşirlər.Çünki kitabda yazılanlarla real işdə biliklər çox vaxt üst-üstə düşmür. Yəni, proqramlaşdırma ilə maraqlanan şəxsin oxuyacağı kitabların böyük əksəriyyəti sadəcə şifahi bəhslərdir. Real praktikada deyilənlərin istifadəsi tamam başqadır. Mənim tərtib etdiyim videodərsliyin əsas üstünlüyü də ondan ibarətdir ki, bu dərsliyi sırf iş təcrübəmə əsaslanaraq hazırlamışam. Bu dərsliklə proqramlaşdırmanın sirlərini öyrənən hər kəs əldə etdiyi bilikləri çox asanlıqla praktikada tətbiq edə biləcək».

Tural Süleymani gələcək layihələrinə toxunaraq bildirib ki, bir sıra sistemlər üzrə proqram təminatının hazırlanması əsas işlərindən olacaq: «İlk növbədə peşəkar proqramçılarımız öz biliklərini paylaşsınlar deyə, yeni videodərsliklər hazırlayacam və hazırdığım dərslərin xaricdə belə analoqu olmayacaq. Çünki xaricdə çox keyfiyyərtli dərsliklər olsa da, təsəvvür edin ki, müəyyən bir proqramlaşdırma dilinə aid dərsləri 7 DVD halında hazırlayırlar. Hər DVD-ni 99 dollara satırlar. Mən isə "bir diskdə bir texnologiya " prinsipini əsas tuturam və cəmi 1dvd-də hər şeyi toplamağa çalışıram. Bu mümkün olmadıqda isə maksimum 2 DVD diskdən istifadə edirəm. Hazırda isə «eManat» ödəmə sistemində terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün proqram təminatının hazırlanması ilə məşğul oluram». ("Həftə içi")


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar