İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Rasim Əliquliyev: “Bu gün hamımızın müəllimi internetdir”

04.06.2014 [11:30]

Fontu böyüt:      

Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev
Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Gənclərinin VII Forumunun bölmə iclasında səsləndirib.
 
 “Yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı” adlı bölmədə istedadlı gənclərlə işin daha səmərəli təşkili ilə bağlı görülən işlərdən danışan alim bu gün ölkəmizdə gənclərin potensialının artırılması və onların inkişafı üçün geniş imkanların yaradıldığını bildirib. Alim prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamından irəli gələn vəzifələrdən də söz açıb:
 
 “Ölkəmizdə biliklər cəmiyyətinin qurulması dövlət başçısının çağırışıdır. Gənc alimlərin cəmiyyətdə əsil vətəndaş kimi yetişərək bu prosesdə fəal iştirakı vacibdir. Biliklər cəmiyyətinin əsas qurucuları istedadlı, savadlı, gələcəyə inamla baxan və elmə marağı olan gənclərdir”.
 
Azərbaycanda son on ildə informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən da danışan. R.Əliquliyev “Bu gün hamımızın müəllimi internetdir” fikrini vurğulayıb. İnformasiya cəmiyyəti ideyalarının diktə etdiyi yeni reallıqlar, informasiya texnologiyalarının insanların həyatında yaratdığı problemlərdən də söz açıb. Qlobal şəbəkənin imkanlarının sərhədsiz olduğunu, elə əsil təhlükənin də bundan qaynaqlandığını diqqətə çatdıraraq gəncləri İnternetdən səmərəli şəkildə, bilik və bacarıqlarını artırmaq, dünyaya inteqrasiya etmək üçün yararlanmağa səsləyib.
 
 
AMEA-da son zamanlar aparılan islahatlar və mühüm dəyişikliklərdən danışan alim gəncləri bu elm ocağında gedən proseslərə qoşulmağa və müvafiq baza kafedralarından yararlanaraq elmi biliklərini zənginləşdirməyə dəvət edib. Qeyd edib ki, hazırda AMEA-da prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görülür. Əsas məqsəd ölkənin maraqlarına və dünyada gedən proseslərə uyğun gələn, cəmiyyətin inkişafına xidmət edən tədqiqatların aparılmasıdır. AMEA-nın akademik-katibi gənclərin elmi fəaliyyətinin stimullaşdırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, hər bir gənc fəaliyyət göstərdiyi sahədə uğur qazanmaq üçün müxtəlif fondların təqdim etdiyi qrant müsabiqələrində, layihələrdə iştirak etməyə maraqlı olmalıdır: “Siz gənclər dünyada gedən qloballaşma prosesini izləməli, özünüzü İnternet mühitində reallaşdırmalı və bazar iqtisadiyyatına qoşulmağı bacarmalısınız”.
 
 
R.Əliquliyev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən söz açaraq, şuranın innovativ gəncliyin yetişməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası, tanınmış beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinə də toxunan alim ingilis dilini öyrənməyin müasir dövrün tələbi olduğunu xüsusi vurğulayıb.
 
 
Tədbirdə gənclərin ictimai siyasi fəallığı, müasir təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, qrant layihələrində iştirakı, yaradıcı və istedadlı gəncləri narahat edən problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar