21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən Bakıda "İKT və İqlim dəyişikliyi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə informasiya telekommunikasiya texnologiyalarının ətraf mühitə mənfi təsirləri və onların qarşısını almaq üçün görüləcək tədbirlər müzakirə olunub.
Hazırda İKT-lə iqlim dəyişikliyi arasında böyük əlaqənin olduğunu deyən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın da bu sahəyə diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, İKT-nin ətraf mühitə vurduğu ziyanı azaltmaq məqsədi ilə hazırda BMT yeni proqram üzərində işləyir: “Bu sənəd BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hazırlanmış “Smart-2020” proqramıdır: Növbəti 10 il ərzində İKT sahəsinin ətraf mühitə vurduğu ziyanın hazırkı 2 faizdən 4 faizədək artacağı proqnozlaşdırılır. Proqramın da əsas hədəfi odur ki, İKT-nin tətbiqinin səmərəliliyini artıraraq ümumi ətraf mühitə buraxılan zəhərli qazları 15 faiz azaldaq. Yəni, əgər İKT sahəsi 2020-ci ildə ətraf mühitə 4 faiz ziyan vuracaqsa, onun müqabilində ümumi zərər İKT sahəsinin sayəsində 15 faiz azalacaq”.
Nazir onu da bildirib ki, sözügedən problemin aradan qaldırılması üçün 34 ölkədən ibarət assosiasiya yaradılıb və Azərbaycan bu ölkələr sırasındadır.