21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda cari ilin sentyabr ayının 18-19-unda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçiriləcək. Düşərgə Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı tərəfindən təşkil olunacaq. Sosial Yeniliklər Düşərgəsi yeni ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədilə təşkil edilir.
Tədbirdə iştirak edə bilər:
a) hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları olan, amma bunun üçün şəxsi imkanları olmayan ideya sahibləri. İdeya göndərmək üçün forma: http://1.syd-az.net/ideya-gonder
b) mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar, o cümlədən proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və s. İştirakçı kimi müraciət etmək üçün forma: http://1.syd-az.net/istirak-ucun-muraciet-et
Hər 2 formada müraciət üçün son tarix 1 sentyabrdır.
Məlumat üçün bildirək ki, analoji düşərgələr Böyük Britaniya, Avstraliya, Slovakiya, Koreya və Gürcüstanda da keçirilib.SYD-nin məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəklənməsi və seçilmiş layihəyə pul mükafatının verilməsidir. SYD haqqında daha ətraflı məlumat düşərgənin saytında yerləşdirilib: www.syd-az.net Əlavə məlumat üçün e-mail: [email protected]
xeberler.az/Ellada