21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Samsung şirkəti Symbian və Windows Mobile əməliyyat sistemlərinin proqram məhsulları üçün onlayn-mağaza açacaq. Bu barədə Samsung təmsilçiləri Mobile World Congress-də bəyan ediblər. Hələ ötən ilin əvvəlində Samsung telefon istifadəçiləri üçün onlayn-mağazanın açılacağı söylənilmişdi. Apple şirkətinin App Store mağazası kimi, Samsung da telefon brauzerlərinin vasitəsilə istifadəçilərə proqram alışlarını təqdim edəcək.
Yeni saytda əlavələrin işlənməsi üçün Samsung şirkəti, mütəxxəssislərin təhsil alması və işləməsinə təşkilatçılıq da edib. Proqramçılar təkcə kommersiya əlaqələrinin yaradılması ilə deyil, həm də pulsuz yükləmələrlə də məşğul olacaqlar.
Hələlik xidmətlərin ödənişinin necə olacağı məlum deyil.
Əvvəl mağazada 1100 proqrama çıxış olacaq. Xidmət Böyük Britaniyada testdən keçiriləcək. Tez bir zamanda isə hər yerdə açıq olacaq. Samsung Mobile-ın marketinq meneceri  Fil Nortxemin dediyinə görə, bu xidmət  proqram  işçiləri üçün sərfəli olacaq. Çünki bununla böyük auditoriyanın diqqəti məhsula cəlb olunacaq.