21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Martın 21-də “Azərbaycan Nyu York Assosiasiyası”nın təşəbbüsü ilə www.radyoturkum.com ünvanında yerləşən türk internet radiosu nəzdində Azərbaycan internet radiosunun açılışı keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir A.Mehdiyev Azərbaycan radiosunun açılmasının mühüm nailiyyət olduğunu qeyd edərək, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə obyektiv şəkildə çatdıracaq daha bir kütləvi informasiya vasitəsinin təsis edilməsinin xaricdə, xüsusilə də ABŞ-da yaşayan həmvətənlərimizin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacağına inandığını vurğulayıb.
Radio şənbə və bazar günləri, yerli vaxtla saat 11.00-dan 13.00- dək efirdə olacaq.
Qeyd edək ki, Azərbaycan internet radiosu vasitəsilə ölkəmizlə bağlı ən son siyasi, iqtisadi, sosial xəbərlər, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, həmçinin milli mədəniyyətimiz, incəsənətimiz və tariximizə həsr edilmiş verilişlər yayımlanacaqdır. Bazar günləri isə 1 saat ərzində muğam musiqisi veriləcək. Azərtac