İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“BAKCELL”in yeni devizi bəlli oldu

12.05.2009 [19:33]

Fontu böyüt:      

Bu gün “Bakcell” şirkəti ictimaiyyətə yeni brendini və marketinq strategiyasını açıqlayıb. Mətbuat konfransında bu barədə ətraflı məlumatı 2009-cu ilin yanvar ayından şirkətə baş direktor təyin edilən İneke Botter verib.

Bu gün “Bakcell” şirkəti ictimaiyyətə yeni brendini və marketinq strategiyasını açıqlayıb. Mətbuat konfransında bu barədə ətraflı məlumatı 2009-cu ilin yanvar ayından şirkətə baş direktor təyin edilən İneke Botter verib.

Onun sözlərinə görə, hazırda “Bakcell”in  milyon yarım abunəçisi var və ilin sonuna qədər onların sayının 2 milyona çatdırılması nəzərdə tutulub.

2009-cu il üçün qoyulacaq investisiya barədə danışan İ.Botter 150 milyon dollar miqdarında vəsait planlaşdırıldığını deyib: “Şirkət eyni zamanda bu il işçilərin sayını da artırmağı planlaşdırır. Biz daha istedadlı, yüksək savada malik gəncləri işə götürməyə üstünlük verəcəyik. 

2006-cı ildə 525 nəfər işçimiz vardısa, 2009-cu ilin sonuna qədər 1000 nəfər olacaq. 2006-cı ildə şirkətin gəliri 100 milyon dollar idisə, 2008-ci ilin sonun nəticələrinə görə, bu rəqəm 300 milyon dollar olub”. Baş direktor onu da bildirib ki, artıq şirkətin bütün səhmdarları azərbaycanlılardır.

Yeni brend və deviz – “Daha yaxın olaq!” təqdim olunduqdan sonra baş direktor bildirib ki, “Bakcell” ilin sonuna qədər Azərbaycanda ən çox üstünlük verilən mobil operator olmağı qarşısına məqsəd qoyub: “Əsas dəyərlərdən biri abunəçilərə faydalı olmaq, şirkəti isə mənfəətlə işlətməkdir. Bütün abunəçilərə diqqətli olmalı, onlara qayğı göstərməliyik. Eyni zamanda işimizi elə qurmalıyıq ki, həm abunəçilər üçün, həm şirkət üçün işləmək, fəaliyyət göstərmək asan olsun”.

İ.Botter məlumat verib ki, brend dəyişikliyi yeni veb-sayt, televiziya, radio, mətbuat, elektron poçt və SMS vasitəsilə reklam daxil olmaqla güclü marketinq və reklam kampaniyaları ilə dəstəklənir: “Strateji addımlara yeni texnologiyaların, müştəri xidmətlərinin inkişafı və ilin əvvəlində Nokia Siemens Network ilə əməkdaşlıq sayəsində operatorun GSM təklifinin genişlənməsi daxildir”.

Sonda jurnalistlərə yeni reklam çarxları təqdim olunub və baş direktor mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, 1994-cü ildə əsası qoyulmuş “Bakcell” Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkət olub. 

 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar