İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanın regional elmi mərkəzə çevrilməsi üçün geniş imkanları var

05.11.2009 [18:41]

Fontu böyüt:      

Kaliforniyanın Berkeley Universitetinin professoru, tanınmış alim, qeyri-səlis məntiq və qeyri-dəqiq çoxluq nəzəriyyəsinin banisi Lütfi Zadə ilə müsahibəsi.

TrendCapital informasiya agentliyinin Vaşinqtondakı xüsusi müxbirinin Kaliforniyanın Berkeley Universitetinin professoru, tanınmış alim, qeyri-səlis məntiq və qeyri-dəqiq çoxluq nəzəriyyəsinin banisi Lütfi Zadə ilə müsahibəsi.

- Dünyada baş verən texnoloji inkişaf prosesləri necə qiymətləndirirsiniz?

- Mən Asiya ölkələrinin digərlərindən daha sürətlə inkişaf etdiyini görürəm. ABŞ, əsasən ölkənin cənub bölgələrində də xeyli işlər görülür. Bu tərəqqi informasiya texnologiyaları sahəsində müşahidə olunur. Digər inkişaf edən sahə isə bioloji elmlərdir. Bu iki sahədə inkişaf daha çox nəzərə çarpır.

- İnternet-texnologiyaların gələcəyini necə görürsünüz?

- İnternet çox sürətlə inkişaf edir; Qlobal Şəbəkə daha çox mobil telefonlarda, kiçik kompüterlərdə tətbiq olunur. Əvvəlcə biz bütöv bir otağı tutan böyük kompüterdən başlamışdıq, sonra noutbuklara keçdik, indi isə mobil telefonlar vasitəsilə internetə daxil ola bilərik. İnternetin ən vacib seqmentlərindən biri axtarışdır. Bununla Google şirkətinin əməkdaşları çox yaxşı bacarır. İnternetdə axtarış olduqca vacib istiqamətdir, lakin gələcəkdə onun təyinatı xeyli artacaq, xüsusən də bizim dediyimiz suallara cavab anlayışında. Suallara cavab axtarışı sistemləri informasiya texnologiyaları sahəsinin ən vacib istiqamətlərindən biridir.

- Elektrik enerjinin və təbii resursların hansı alternativ növləri Sizin fikrinizlə dünya enerji balansında istifadə üçün daha çox perspektivlidir?  

- Son zamanlar insanlar alternativ enerji mənbələrindən daha çox danışırlar. Bu gün bu artıq dəb halına çevrilib. Hazırda alternativ enerji mənbələrinin bütün müxtəlif növləri barədə müzakirələr gedir. Lakin bununla yanaşı bu növlərdən ikisi digərlərinə nisbətən hər zaman daha proqressiv olub. Bu günəş və külək enerjisidir. Bunların hər ikisi bərpa olunan mənbələrdir və biz bu alternativ enerji mənbələrini neft kimi tətbiq etmirik. Hidrogenin istifadəsi isə müzakirə üçün ayrı mövzudur.

Lakin bu gün daha real məsələ günəş və külək enerjisidir. Onların hansının daha vacib olmasını demək çətindir. Külək enerjisi üçün küləyin çox olduğu yer lazımdır, günəş enerjisi üçün isə - günəş şüalarının. Hazırda Çində bu istiqamətdə irimiqyaslı işlər həyata keçirilir. Bununla belə günəş enerjisi bütün ölkələrdə istifadə oluna bilməz. Mən hesab edirəm ki, gələcəkdə də qaz və neft öz əhəmiyyətlərini saxlayacaqlar, lakin bu gün olduğu kimi elə də vacib olmayacaqlar.
 
- Ötən il BakuTel Beynəlxalq Sərgi və Konfransında Siz Azərbaycanda regional elmi-texniki araşdırmalar və işləyib hazırlamalar mərkəzinin yaradılması təklifi ilə çıxış etmişdiniz. Sizcə bu fikrin həyata keçirilməsi üçün hansı konkret tədbirlər görülə bilər?
 
- Mən hesab edirəm ki, Azərbaycan paytaxtının əsas elm mərkəzinə çevrilməsi üçün Bakıda bütün lazımi şəraitlər var. Düşünürəm ki, bu mövzuda konfransın təşkil olunması qeyd etdiyimiz məsələnin həyata keçirilməsinə kömək edə bilər. Bu istiqamətdə həmçinin elmi-tədqiqat mərkəzlərinin açılması və buraya bütün dünyadan insanların cəlb olunması yaxşı olardı. Misal üçün informasiya texnologiyaları üzrə elmi-tədqiqat mərkəzinin açılması və buraya nəinki azərbaycanlıları, həmçinin bütün dünyadan insanların dəvət olunması təqdirə layiq və vacib məsələ olardı.
 
- Azərbaycanın regionun elmi mərkəzi kimi potensialını necə qiymətləndirirsiniz?
 
- Bunun üçün Azərbaycanda böyük potensial var. Elmin hansı sahələrinin daha çox inkişaf edəcəyini demək çətindir. Çox güman ki, bu, informasiya texnologiyaları sahəsi olacaq. Lakin Azərbaycanda misal üçün çip istehsalında lider olan Cənubi Koreyadakı sənaye yoxdur. Azərbaycan hələ ki bunu edə bilməz. Bununla belə hesab edirəm ki, enerji texnologiyaları sahəsində bəzi işlər görmək mümkündür. Burada söhbət həm bərpa olunan həmdə bərpa olunmayan enerjidən gedir.  

- Azərbaycanda 90-cı illərdə alimlərin xaricə güclü axını olmuşdur. Bu gün isə bir qədər digər problem aktualdır: Gənlərin biznesə axını. Bu vəziyyəti nə cür dəyişmək olar ki gənclərin elmə maraqları artsın?
Elm və biznesin bir araya gətirilməsi ilə (elm biznes üçün və biznes elm üçün) bu problemi həll etmək olarmı? 

- Bu problem asanlıqla həll oluna bilməz. Sovet İttifaqında bu məsələ səyahətlərə qadağa qoyulmaqla həll olunurdu. Lakin bu gün Rusiyada və digər postsovet ölkələrində insanlar istədikləri vaxt ölkəni tərk edə bilərlər. Bu isə “beyin axınına” gətirib çıxara bilər. Bu gün “beyin axını” problemi Rusiyada müşahidə olunur. Gənc insanlar bu ölkəni tərk edir, ona görə ki, onların daha yaxşı şəraiti olan başqa bir yerə getmək üçün geniş imkanları var. Bu cür problem digər ölkələrdə də yaşanır. Məsələnin həlli kimi beynəlxalq elmi-tədqiqat mərkəzinin yaradılması ola bilər. Axı iş yerlərinin olmadığı halda alimlər öz ölkələrini tərk etmək məcburiyyətində qalır.
 
- Elmi fəaliyyətdə Sizin peşə seçiminizə və prioritetlərinizə hansı amillər daha çox təsir göstərib? Elmi fəaliyyətinizdə ən vacib nailiyyətiniz hansıdır?
 
-  1965-ci ildə mən üzərində çox vaxt işlədiyim bir elmi məruzə yazmışdım. Mən bir çox ölkələrdə bir çox insanlarla xeyli məhsuldar işlər görürdüm. Bu insanlarla indi də işləyirəm, buna görə də özümü təcrid olunmuş hiss etmirəm. Bundan əlavə mən hazırkı yaşım üçün çox fəalam. Çox insanlar var ki mənim yaşımda artıq fəaliyyətsizdirlər. Lakin mənim demək olar ki, hər gün yeni fikirlərim olur.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar