21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli İnternet Mükafatı Təşkilat komitəsindən Xəbərlər.az-a verilən məlumata görə, dekabrın 19-u saat 18.00-da Bakı Biznes Mərkəzində Milli Net 2014 qaliblərinin təqdimat mərasimi keçiriləcək.
Bu il  Milli Net-ə 14 nominasiya üzrə 322 sayt təqdim olunub və onlardan yalnız 272 sayt yarışmaya buraxılıb. 
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan 78 sayt nominant statusu alıb.
Azərbaycan İnternet Forumunun 3 istiqamət üzrə formalaşdırdığı münsiflər heyəti 2-ci səsvermə prosesində 78 nominant arasından ən yaxşılarını seçəcək.
Təqdimat mərasimində qaliblərə Milli Net-in əsas mükafatı təqdim olunacaq, fərqlənənlərə isə diplomlar veriləcək. Qaliblərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunacaq.
Milli Net qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.
Təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, internet ictimaiyyətinin nümayəndələri və milli internet resurs sahiblərindən ibarət 200 nəfərin iştirakı gözlənilir.
Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib.
Milli Net-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin baş sponsoru Azercell şirkətidir. Delta Telecom və BestComp şirkətləri də Milli İnternet mükafatına dəstək verirlər.