21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzində institutun alim və mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikasının elmi-tədqiqat və təhsil müəssisələrinin aspirant və doktorantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisinə start verilib. 
İnstitutun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında bilik və təcrübə mübadiləsinin aparılması məqsədlərinə xidmət edən distant dərsdə aspirant və doktorantlara kompyuter və informatika elmlərinin predmeti, kompyuter şəbəkələri haqqında mühazirə oxuyub. 
Qeyd edək ki, AMEA İTİ-də respublika üzrə bütün aspirant və doktorantlar üçün “İnformatika” fənni üzrə tədris kurslarının təşkili və namizədlik minimumu imtahanlarının qəbulu AR Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 25 oktyabr və 16 dekabr 2002-ci il tarixli, həmçinin AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli qərarlarına əsasən aparılır. 
Gartner: əməliyyat sistemləri bazarının mədaxili 30 milyаrd dolları ötüb
Gartner analitik şirkətinin məlumatına əsasən 2010-cu ildə dünya üzrə əməliyyat sistemləri bazarının mədaxili 30,4 milyard dollar təşkil edib.
Qeyd edək ki, 2009-cu illə müqayisədə 2010-cu ildə bu bazarın mədaxili 7,8 faiz artıb. Xüsusilə, yüksək artım Linux və Mac OS (müvafiq olaraq) əməliyyat sistemlərinin server və müştəri seqmentlərində müşahidə olunub.
Microsoft şirkəti (78,6 %) 2010-cu ildə də əməliyyat sistemləri bazarında lider mövqeyini qoruya bilib. İlk beşliyə müvafiq olaraq, IBM, Hewlett-Packard, Oracle və Red Hat şirkətləri daxil olublar. //ikt.az